Thinuna VC-460A
100V xəttli ictimai ünvanlandırma (PA) sistemlərində istifadə olunan divar tipli səs tənzimləyicisidir (Volume Controller). Bu model müxtəlif zonalarda səs səviyyəsini müstəqil şəkildə idarə etməyə imkan verir və fövqəladə elan (Emergency Override) funksiyasını dəstəkləyir.Nominal güc: 60 W , 100V xəttli səs sistemləri üçün nəzərdə tutulub , 4 naqilli sistemlərdə 24V Emergency Override (Force Cut) funksiyasını dəstəkləyir , 2 naqilli PA sistemlərində də istifadə oluna bilər (Emergency funksiyası olmadan).5 pilləli səs tənzimlənməsi,phoenix terminal blokları ilə rahat qoşulma.Divara quraşdırılır,müasir və estetik dizayn.